2D cizgi serial

Leo və Teo

Teo suallarla gəlir, Leo cavab axtarır. İki dostun söhbəti bəzən gülümsədir, bəzən də insanı öz içinə baxmağa vadar edir.

YouTube · Instagram · TikTok — @leoteotalk

Serial haqqında

İki dost. Bir otaq. Saysız sual.

Leo və Teo — iki dostun söhbətləri üzərində qurulmuş 2D cizgi serialdır. Teo nə vaxt çaşıb qalsa, Leonun yanına gəlir. Leo dinləyir, düşünür və cavab tapmağa çalışır. Amma hər sualın asan cavabı olmur.

1

Hər bölüm bir söhbətdir

Hekayə iki dostun dialoqu ilə irəliləyir: bir sual, bir tərəddüd və çox vaxt gözlənilməz bir cavab.

2

Səmimi mövzular

Bölümlər gündəlik həyatdan danışır, bəzən də insanın içində daşıdığı yaralara toxunur. Zarafat varsa, yüngül və təbiidir.

3

Davam edən hekayə

Hər bölüm əvvəlkinin davamıdır. Detallar, xatirələr və qərarlar bölümdən bölümə keçir.

  • YouTube · Instagram · TikTok

Personajlar

Personajlarla tanış olun

Hekayənin mərkəzində Leo və Teo dayanır. Onların yanında Hedo, Mino və Fego da var.

Leo — qara pişik, karamel kardiqan və tünd göy boğazlı sviterdə, barmaqlarını birləşdirib oturur

Leo

Qara pişik · müdrik dost

Ağıllı, sakit və təmkinli. Teonun hər sualına cavab tapır, amma öz hisslərindən danışmağı sevmir.

Hamının sualına cavabı var — öz sualından başqa.
Teo — hamster, kərpic rəngli kapüşonluda, başında iki qıvrım tük, əlləri dizində oturur

Teo

Hamster · saf qəlbli dost

Səmimi, sadəlövh və hər şeyə maraqla baxır. Çətin anda ilk olaraq Leonun qapısını döyür və onun məsləhətinə qulaq asır.

Hamını rahat edir — özündən başqa.
Hedo — bal porsuğu, qıvrım saçlı, uzun saqqallı, sinəsində DRAUG yazılı boz futbolkada, yumruğunda smart saat

Hedo

Bal porsuğu · proqramçı

Kiber təhlükəsizlik mütəxəssisi. Zarafatcıldır, bir az da özündən razı.

Hər sistemin zəif yerini tapır — öz zəif yerindən başqa.
Mino — mirket, bob saçlı, yaşıl gözlü, ağ həkim xalatında, əlində klipbord, qolları çarpaz

Mino

Mirket · həkim

Hedonun sevgilisi. Klinikada hamı onun diaqnozuna güvənir, Hedo ilə isə hər gün dava edir — çox vaxt da haqsız yerə.

Hamıya diaqnoz qoyur — Hedoya isə hökm.
Fego — bayquş, damalı köynəkdə, döş cibində ruletka, başının yanında dülgər karandaşı

Fego

Bayquş · mebel ustası

Hedonun ən yaxın dostu. Mebel deposunda gecə növbəsində işləyir, boş vaxtında mebel düzəldir.

Az danışır, düz kəsir.

İzlə

Harada izləmək olar?

Yeni bölümlər YouTube, Instagram və TikTok-da yayımlanır. Hər üç platformada bizi eyni adla tapa bilərsiniz.

Əlaqə

Bizə yazın

Əməkdaşlıq, reklam, təklif və ya sadəcə bölüm haqqında fikriniz — hər məktubu oxuyuruq.

info@leoteo.talk

Mesajınız info@leoteo.talk ünvanına çatdırılır. Məlumatlarınızdan yalnız sizə cavab vermək üçün istifadə edirik.